D.Rikkardo: “Şansa ehtiyacım var”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, öz ölkəsindəki yarışı qazanmaq əla olar və bunun üçün şansa ehtiyacı var.

F-1.az xatırladır ki, Red Bull komandası testlərdə Mercedes və Ferrari-dən zəif təsir bağışlamışdı. Komandanın hər iki sürücüsü də Avstraliyadakı yarışdan qələbə gözləmədiklərini demişdilər.

Daniel Rikkardo: “Burada qalib gəlmək istərdim. Yeni mövsümə hazıram. Bu mövsüm fiziki cəhətdən çətinlik çəkəcəyimizi düşünürəm Döngələrə sürətlə girdiyimiz üçün daha çox yüklənməyə məruz qalırıq. Amma çoxlu məşq etdiyim üçün yeni mövsümə hazıram. Yeni bolidləri sürmək həzz verəcək. Mövsümə öz ölkəmdə start verdiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, bəzi sahələrdə daha güclü olarıq və Ferstappenlə mübarizə apararıq. O, Formula-də 3-cü mövsümünə başlayacaq və lazımi təcrübəyə sahibdir. Ümid edirəm ki, ikimiz də qələbələr qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*