D.Kvyat: “İspaniyada qazana bilərdim”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, əgər indi Red Bull-da olsaydı, qələbə qazana bilərdi.

F-1.az xatırladır ki, Maks Ferstappen İspaniya yarışından etibarən Daniil Kvyatı əvəz etməyə başlayıb və Avstriya təmsilçisinin heyətində çıxdığı ilk yarışda qələbə qazanıb. Beləliklə, hollandiyalı sürücü Formula1 tarixinin qələbə qazanan ən gənc sürücüsü olub. Kvyat isə bildirib ki, əgər Red Bull-da olsaydı, qələbə qazana bilərdi.

Daniil Kvyat: “Sözün açığı, Ferstappenin qələbəsinə əhəmiyyət vermirəm. Öz işimi görürəm və karyerama fokuslanmışam. Təbii ki, hələ də Red Bull-da olsaydım, qazana bilərdim”.

Toro Rosso ilə ilk yarışında pit-stopdan sonra geriyə düşən Kvyat xal aldığı üçün məmnun olduğunu bildirib: “Müsbət yönlü düşünməyə çalışıram. Yarışın ikinci yarısında güclü rəqabət var idi. Yarışın sonuna doğru güclü performans göstərdik. Amma buna baxmayaraq birinci dövrə bizim üçün çətin keçdi. Bu həftəsonu daha çox xal yığa bilərdik. Buna baxmayaraq, razıyam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*