T.Volff: DAS iki saniyə qazandırmayacaq

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, DAS sistemi onlara 2 saniyə qazandırmayıb.

F-1.az xatırladır ki, DAS sistemi vasitəsilə sürücülər asılqanın bucağını dəyişdirə bilir və bunun hesabına təkərlərin ömrü daha uzun olur. Bundan başqa sistemin döngələrdə də kömək etməsi gözlənilir.

Toto Volff: “Bu barədə hələ danışmaq istəmirik. Ancaq bizə iki saniyə qazandıracağını düşünürsünüzsə, yanılırsınız. Builki bolidimizdəki yeniliklərdən sadəcə biridir. Əsas paketin yaxşı işləməsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*