Mercedes Okona əngəl olmayacaq

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Esteban Okona heç bir əngəl törətməyəcəklər.

F-1.az xatırladır ki, Okon hazırda Mercedes komandasının sürücüsü sayılır. Lakin almaniyalılar keçən həftə həm, Həmiltonla, həm də Bottasla yeni müqavilə bağlayıblar. Vəziyyətin belə olduğunu görən Renault komandası Okonu heyətinə cəlb etmək istəyir.

Toto Volff
: “Estebanı biz seçdik. Əslində əvvəlcə Renault ilə danışıqlar aparırdı. Aşağı seriyada Paskal və Estebana şans verdik. Onların uğurlu olması üçün əlimizdən gələni etdik. Amma hazırda Valtteri və Lyuislə davam edirik. Bu da o deməkdir ki, Mercedes-də onlara yer yoxdur. Əgər Okon başqa yerə getmək istəsə, ona əngəl olmayacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*