Alpine Bakıya yeniliklər gətirəcək

Alpine komandasının rəhbəri Marçin Budkovski bildirib ki, Bakıya yeniliklərlə gələrək, iddialı olacaqlar.

F-1.az xatırladır ki, Fransa komandası qış aylarında aerodinamik boruda problemlər yaşamış və mövsümə pis başlamışdı. Mavilər hazırda 17 xalla 7-ci yerdədirlər.

Marçin Budkovski: “Bakıya kiçik yeniliklər paketi ilə gələcəyik. Buna görə də bazada gərgin iş rejimində işləmişik. Monakodakı problemləri təkrar yaşamamaq üçün hər şeyi təhlil etdik. Bunun üçün simulyatorlarda çox vaxt keçirdik. Portuqaliya və İspaniyadakı uğurlu nəticələrdən sonra Monakoda zəiflədik. Çox bərbad həftəsonu idi. Xal qazansaq da, rəqiblərimizdən çox geridə qaldıq. Rəqiblərimiz Monakoda bizdən çox-çox güclü idilər və daha çox xal qazandılar.

Bakıya səhvlərimizdən dərs çıxararaq gedirik, çünki ora da şəhər tipli trasdır və orada da eyni tərkibli təkərlərdən istifadə edəcəyik. İki yarış arasındakı məsafədə Enstoun və Viridə vaxt keçirdik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*