F.Alonso: İnkişaf etmişik, amma…

Alpine komandasının sürücü Fernando Alonso bolidin performansından razı qalsa da, mübarizəni niyə dayandırdıqlarını araşdıracaqlarını bildirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddə yarışında inamla 6-cı yeri tutmağa doğru gedirdi, amma birdən-birə yavaşladı və mübarizəni dayandırmalı oldu.

Fernando Alonso: “Həm Bəhreyndə, həm də burada çox yaxşı mübarizə apardım. Bəhreyndə yarışa düzgün təkərlə başlamadıq və bu da strategiyamıza təsir etdi. Motor da yaxşı vəziyyətdə deyildi. Bu həftə isə daha sürətli idik. Sıralanma turunda 7-ci oldum, amma 5-ci yeri tuta bilərdim. Buna görə də yarışda ötmələr etməli oldum.

Mübarizəni dayandırmaq və mövsümə yaxşı başlasaq da, sadəcə iki xala sahib olmaq məyusedicidir. Arxamızda qalası sürücülərə xalları hədiyyə etdik. Ancaq mövsüm uzundur və növbəti yarışlarda hədiyyə xalları biz qəbul edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*