18 Avqust 2019, Bazar - 13:20

F.Alonso: “Son qələbəmi 2013-cü ildə qazanmağım məyusedicidir”

F.Alonso: “Son qələbəmi 2013-cü ildə qazanmağım məyusedicidir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:26 - 06 İyul, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, son qələbəsini 2013-cü ildə qazanması onun əhval-ruhiyyəsinə təsir edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son qələbəsini 2013-cü ildə İspaniyada, son podiumunu isə 2014-cü ildə Macarıstanda əldə edib. 32 yaşlı sürücü 2015-ci ildə McLaren-ə transfer olunduqdan sonra ən yaxşı nəticəsi 5-cilik olub. Statistika cəhətdən ən böyük uğuru isə 2016-cı ilin İtaliya Qran Prisində vurduğu sürətli dövrə olub.

Fernando Alonso: “Yarışlar qazana bilməmək karyerama, motivasiyama və xoşbəxtliyimə pis təsir edir. Son iki ildə itirdiyim ən böyük şey budur. 2013-cü ildən bəri yarış qazana bilməmişəm. Son 3 ildə bunu etmək şansım olmadı və bu, doğrudan da əsəbpozucudur. Amma, eyni zamanda, Niko Hülkenberq, Daniel Rikkardo və hətta Maks Ferstappen istedadlı sürücülər olsalar da, son iki ildə iki və ya üç dəfə qalib gəliblər. Bir neçə il Mercedes-in, indi isə Mercedes və Ferrari-nin hegemonluğu var. Digər sürücülər üçün isə vəziyyət eyni olaraq qalır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 482
Teqlər ,
Paylaş

logo