Ferrari sürücüləri Wrooom qış festivalına hazırlaşırlar

Ferrari sürücüləri Felipe Massanın Florianopolisdə keçirdiyi turnirdə dünən uğur qazana bilməyiblər, amma yarış başa çatdıqdan sonra onların hər ikisi ənənəvi […]

Ferrari sürücüləri Felipe Massanın Florianopolisdə keçirdiyi turnirdə dünən uğur qazana bilməyiblər, amma yarış başa çatdıqdan sonra onların hər ikisi ənənəvi Wrooom qış festivalına tələsiblər – festival 23-cü dəfə Madonna di Kampilyo dağ xizək kurortunda baş tutacaq.

Fernando Alonso bu gün səhər Twitter-ində yazıb ki, “daha iki uçuş (2013-cü ildə artıq 11) və biz İtaliyadayıq. Braziliyadan İtaliyaya 17 saata çatdıq, saat qurşaqlarını dəyişdikdən sonra lap yorulmuşam. Bu həftəni komanda ilə dağlarda olacam.”

Yeri gəlmişkən, Madonna di Kampilyoda Frenando və Felipe yenə də kartinq yarışında iştirak edəcəklər: Wrooom festivalı çərçivəsində Ferrari sürücüləri və MotoGP çempionatının Ducati komandasının sürücüləri ənənəvi yoldaşlıq yarışı keçirəcəklər. Amma bu dəfə yarış adi kartodromda deyil, donmuş gölün üzərindəki buz meydançasında baş tutacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*