21 Avqust 2019, Çərşənbə - 03:12

N.Lauda: “Səhmdarlar səbirli olmalıdırlar”

N.Lauda: “Səhmdarlar səbirli olmalıdırlar”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:33 - 19 Fevral, 2013

Dünən biz Daimler AG konserninin Formula1-də iştirakı perspektivi ətrafında vəziyyətlə bağlı yazmışdıq: Mercedes AMG komandasının üçillik çıxışından narazı olan bəzi […]

Dünən biz Daimler AG konserninin Formula1-də iştirakı perspektivi ətrafında vəziyyətlə bağlı yazmışdıq: Mercedes AMG komandasının üçillik çıxışından narazı olan bəzi sərmayədarlar və səhmdarlar hesab edirlər ki, layihəni bağlamaq lazımdır, çünki çox baha başa gəlir.

Amma elə dünən axşam konsernin mətbuat xidmətinin nümayəndəsi təsdiq etmişdi ki, konsernin Formula1-də iştirak planları uzunmüddətlidir. Almaniyanın çəşhur Bild qəzetində bu gün komandanın yeni qeyri-icraçı direktoru Niki Laudanın məsələyə münasibəti dərc olunub…

Niki Lauda: “Formula1 həmişə effektiv reklam meydançası olub. Amma, sözsüz ki, bazar effekti uğur qazanmaqla artır. Biz komandanı bərkitməyə hələ təzə başlamışıq. Bizim səhmdarlar səbirli olmalıdırlar. Ferrari də analoji vəziyyətdədir, onlar da neçə ildir qələbə qazana bilmirlər. İstənilən halda, Formula1 həmişə uğurun tarixi kimi qəbul olunur.”

Ekspertlər hesablayıblar ki, Niko Rosberqin keçən il Çində Mervedec AMG üçün qazandığı yeganə qələbəsi Ştutqart konserninə 50 milyon Avroluq reklam effektinə bərabərdir. Bild-in bildirdiyinə görə komandanın builki büdcəsi 200 milyon Avrodur: bunun yalnız 50%-ni Daimler AG təmin edir, yerdə qalan hissəsini isə komanda sponsorlardan və çempionat təşkilatçılarından alır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 310
Teqlər , , , , ,
Paylaş

logo