Marussia yeni motor təchizatçısı axtarır

Bu il bir çox komandalar motor təchizatçısını dəyişəcəklər. 2014-cü ildə tətbiqi gözlənilən V6 turbomotorların xarakteristikasından komandaların rəqabətədavamlılığı asılı olacaq, aerodinamikanını […]

Bu il bir çox komandalar motor təchizatçısını dəyişəcəklər. 2014-cü ildə tətbiqi gözlənilən V6 turbomotorların xarakteristikasından komandaların rəqabətədavamlılığı asılı olacaq, aerodinamikanını optimallaşdırılması effektiv motorsuz üstünlük verə bilməz.

Son həftələr Toro Rosso komandasının Ferrari motorlarından Renault motorlarına keçməsi barədə söz-söhbətlər gəzir, bu gün Barselonada təşkil olunmuş FOTA üzvlərinin azarkeşlərlə görüşündə Marussia komandasının idman direktoru Qreym Loudon təsdiq edib ki, komanda Cosworth-u əvəz edə biləcək motor təchizatçısı axtarır.
 Cosworth isə çox güman ki, çempionatı tərk edəcək – Britaniya şirkəti heç yeni V6 turbo motorun hazırlanması ilə məşğul olmayıb…

Qreym Loudon: “Mən bildiyimə görə, Cosworth 2014-cü ilin motorları ilə məşğul olmadı. Məncə, onlara yalnız bir komanda üçün işləmək sərf eləmirdi. Ümumiyyətlə, gələn ildən Formula1-də cəmi üç motor təchizatçısı olacaq: Mercedes, RenaultFerrari. Ona görə biz yeni təchizatçı axtarırıq.”

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*