K.Maqnussen: Mik qayıdacaq

Haas komandasının sürücüsü Kevin Maqnussen düşünür ki, Mik Şumaxer qayıtmağın bir yolunu tapacaq.

F-1.az xatırladır ki, Haas komandası gələn il üçün Mik Şumaxerlə yollarını ayırıb və əvəzinə Niko Hülkenberqi gətirib.

Kevin Maqnussen: “Bu ikitərəfli şeydir. Bir tərəfdə Niko kimi təcrübəli və istedadlı sürücünün komandaya qatılması həyəcanvericidir. Digər tərəfdə isə Mik üçün məyusam, çünki nə hiss etdiyini bilirəm. Mən də o vəziyyətə düşmüşdüm.

Məncə, bu il yaxşı performans göstərdi. Onu bir insan kimi çox istəyirəm. Buna görə məyusam. Çətin olsa da, Formula1-ə qayıtmaq mümkündür. Bunu iki dəfə etdim. Ümid edirəm ki, mübarizə aparıb, yenidən qayıdar. Bu idmanda qəti halda heç vaxt demək olmaz. Düşünürəm ki, idmana qayıtmağın bir yolunu tapacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*