Ştayner Şumaxerin qəzalarına görə düşdükləri xərclərdən danışıb

Aprelin 20-də Haas-ın rəhbəri Günter Ştaynerin əvvəlki mövsümdə baş verən hadisələri təsvir edən xatirələr kitabı işıq üzü görəcək.

F-1.az xəbər verir ki, kitabın çıxmasına 1 həftə qalmağına baxmayaraq, ondan bəzi sitatlar, o cümlədən Mik Şumaxerin çoxsaylı qəzaları səbəbindən komandanın itkiləri barədə yazıları artıq mətbuatda yer alıb.

Xüsusilə, Şumaxerin Yaponiya Qran Prisində ilk məşqlər zamanı qəzası komandaya 700 min dollara başa gəlib.

Günter Ştayner: “Qəza pitə qayıdarkən baş verdi. Yavaş sürət zamanı! Bəli, tras çox nəm idi, amma ondan başqa heç kim bu vaxt dövrə vurmağa çıxmamışdı. Sessiyanın bitməsindən 5 dəqiqə sonra ona yeni maşın düzəltməli olduğumuzu başa düşdük.

Bokslara sağ-salamat qayıda biləcəyinə əmin olmadığım bir pilota necə etibar edə bilərdim? Bu cəfəngiyyatdır. 700.000 dollara neçə nəfəri işə götürə bilərik? Mən o pulu tapmalı idim”.
Qeyd edək ki,Mikin qəzalarının ümumi dəyəri 2,130 milyon dollar olaraq qiymətləndirilir…
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*