M.Şumaxer: Son sessiya mümkün idi

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, ikinci sessiyaya qalmağı əvvəldən bilib.
  1. F-1.az xatırladır ki, almaniyalı sürücü Türkiyədəki sıralanma turunda 14-cü olub.

Mik Şumaxer: “İkinci sessiyaya qaldığım üçün sevincliyəm. Boliddə özümü yaxşı hiss edirdim və əla iş gördük. Çox sevincliyəm. İlk sessiyada bilirdik ki, son cəhdimizdə fürsətimiz olacaq. Əvvəlki dövrəm yaxşı olsa da, bilirdim ki, zaman nəticəmi yaxşılaşdıra bilərəm. Son cəhdində hər şeyi düzgün etdik. Finiş xəttini keçəndə yarış mühəndisim radionu açdı və arxa planda hamı sevinirdi. O anda işlərin yaxşı getdiyini anladım və çox sevincliyəm.

İkinci sessiayada isə sarı bayraqlara görə itirdim. Nəticəm 0.2-0.3 saniyə yaxşılaşsa da, son sessiyaya çıxa bilərdimmi bilmirəm. Yuki deyəsən Soft təkərlə son sessiyaya çıxdı. İlk sessiyada onunla demək olar bərabər idik. Deməli Soft təkərlə mən də son sessiyaya qalmaq uğrunda mübarizə apara bilərdim.

Bu həftə performansımız niyə yüksəlib bilmirəm. Buna cavab vermək çətindir. Bəlkə də, tras yeni olduğu üçündür. Boliddəki oturacağım da yenilənib. Bəlkə də, şans gətirib”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*