R.Barrikello: Hülkenberq yarışmağa layiqdir

Haas komandası artıq Mik Şumaxerə müqavilənin uzadılmayacağını bildirib. Onun əvəzləməyə ən real namizəd isə təcrübəli Niko Hülkenberqdir.

F-1.az xəbər verir ki, sabir F1 pilotu Rubens Barrikello alman sürücünün əsas sürücü kimi F1-ə qayıtması məsələsinə münasibətini bildirib.

Rubens Barrikello: “Mənim fikrimcə, Niko çox yaxşı sürücüdür. O məndə hələ Williams-da olduğumuz vaxtlardan xoş təəssurat yaradıb. Əsas pilot olmadığınızda hər nə qədər idman zalına da getsəz, formada da qalsaz, yarışmaq çətindir. Lakin Hülkenberq Silverstouna son anda çağrılanda belə sürətli idi.

Buna görə də, Mikə böyük hörmət bəslədiyim halda, Hülkenberqi geri qayıtmağa layiq hesab edirəm. Şumaxer gəncdir, gələcəkdə rəqabətə imkan verən maşınla yarışmaq şansı çoxdur. İradəli olsa, hər şeyin öhdəsindən gələ biləcəyini düşünürəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*