R.Qrojan: “Amerikansayağı yuxudayam”

Haas komandasının sürücüsü yarışdan sonra bildirib ki, çox xoşbəxtdir və "amerikansayağı yuxu" yaşayır...

F-1.az xəbər verir ki, Roman Qrojan Avstraliyadakı 6-cılıqdan sonra, Bəhreyndə 5-ci yeri tutub və komandasına qızıl dəyərində xallar qazandırıb.

Yarış bitəndən sonra Qrojan radio vasitəsilə sevincini dilə gətirib: “Bu nəticəyə inana bilmirəm. Amerikansayağı yuxudayam.

Uşaqlar, mükəmməl işlədiniz. Hamınızı çox sevirəm. Əyləclər də əla vəziyyətdədir”.

Qrojan bildirib ki, komandanın debüt ilindəcə Red Bull və Williams kimi komandalarla mübarizə aparması qürurvericidir: “Sözün açıığı hələ təkmilləşməliyik. Amma mövsüm hələki əla gedir.

Boliddən çox razıyam. Əyləcələr əla işləyir və beləliklə, ötmələr zamanı aqressiv ola bilirəm.

Amma yenə də eyforiya hissinə qapılmamalıyıq və ayaqlarımız yerdən üzülməməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*