F.Massa testlərdən razı qalmayıb

O, testlərin son günündə 54 dövrə vurmuş və 9-cu olmuşdu.

F-1.az xəbər verir ki, Felipe Massa üzləşdikləri problemlərə görə testlərdən razı qalmadığın bildirib: “Testlərin son günü məni qane etmədi. Səhər aerodinamika sahəsində işlər gördük. Gün ərzində daha çox şey etmək istəyirdik, amma olmadı”.

Rod Nelson: “Bizim üçün çətin gün oldu. Səhər seansında hər şey qaydasında gedirdi. Təəssüflər olsun ki, nahardan sonra belə olmadı. Amma bu problemi həll etmək üçün kifayət qədər vaxtımız var. Problemi növbəti həftəyə qədər həll edəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*