24 Yanvar 2019, Cümə axşamı - 10:37

M.Brandl: “Yarışa gələrkən bilmirdik ki, bu dəfə kim qalib gələcək”

M.Brandl: “Yarışa gələrkən bilmirdik ki, bu dəfə kim qalib gələcək”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:53 - 12 Dekabr, 2012

Hazırda Britaniyanın Sky Sports telekanalında ekspert və şərhçi kimi çalışan keçmiş Formula1 sürücüləri arxada qalan mövsümün ən unudulmaz anlarını xatırlayıblar… […]

Hazırda Britaniyanın Sky Sports telekanalında ekspert və şərhçi kimi çalışan keçmiş Formula1 sürücüləri arxada qalan mövsümün ən unudulmaz anlarını xatırlayıblar…

Martin Brandl: “Ən çox yadda qalan o oldu ki, biz bu və ya digər mərhələyə yollanarkən bilmirdik ki, yarışda kim qalib gələcək. Bu, qeyri-müəyyənliyə atılmış addıma bənzəyir: məsələn, Malayziya Qran Prisi kimi bir yarışda son dövrələrə qədər heç kim bu suala cavabı bilmirdi.

Mövsümün birinci hissəsi çox maraqlı keçdi. Maraqlıdır ki, Valensiya və Abu Dabi kimi ənənəvi darıxdırıcı yarışlar bu il ən maraqlı oldu – hamı əvvəldən sona qədər gərginlik yaşamışdı. Bu mövsüm tarixdə qalacaq. Bundan başqa biz bir çox halda sürmə ustalığı da gördük.”

Ted Kravits: “Ən yaddaqalan təəssürat çempionun qayıtması oldu. Kimi özü demişkən – “Məni rahat buraxın, mən bilirən nə edirəm” – sözsüz ki, o haqlıdır. Düzdür, Rəykkönen Abu Dabidə Lyuis Həmiltonun uğursuzluğu nəticəsində qələbə qazandı, amma liderliyi ələ alandan sonra onun sürətini artırması və sona qədər təslim olmaması çox gözəl idi.”

Dəymon Hill: “Şəxsən mən mövsümün birinci yarısını xaotik hesab edirəm, hərçənd, yaxşıdır ki, bir çox sürücülərin qələbə qazanmaq şansı oldu. Ümumən klassik çempionat alındı, mübarizə isə son dövrəyə qədər davam etdi. Heç nəyi xüsusi qeyd edə bilmərəm, istisna olaraq mənim üçün doğma olan Williams-a İspaniyada Pastor Maldonadonun qələbə qazandırmasını ayıra bilərəm. ABŞ və Abu Dabi Qran Prilərini qeyd edərdim. Əlbəttə, Fernando Alonsonun Valensiyadakı çıxışını da unutmaq olmaz.

Qeyd edim ki, Kimi Rəykkönenin Abu Dabidə qələbəsi dönüş anı oldu. Komandalar sürücülərə uşaq kimi yanaşmaqdan imtina etməlidirlər və onları rahat buraxmalıdırlar – bəlkə də bu yolla komandalar sürücülərin potensialından daha yaxşı istifadə edə bilərlər.”

Conni Herbert: “Yadda nə qaldı? Kimi Rəykkönenin Abu Dabidə qələbəsi. O, Fernando Alonsonun pressinqinə layiqli cavab verdi, həm də onun komanda ilə radiodanışığı güclü təəssürat buraxdı. Ümumən, mənim bütün mövsümdən xoşum gəldi – bütün mənalarda ən yaxşı mövsüm alındı, Formula1-ə isə məhz bu cür mövsümlər lazımdır. Mübarizə son dövrəyə qədər davam elədi, həm də mübarizədə demək olar ki, bütün peleton iştirak edirdi.”

Mark Hyuz: “Mən hesab edirəm ki, mövsümün ən yaxşı anı Fernando Alonsonun Valensiyada 11-ci yerdən start alması oldu: elə birinci dövrədə rəqiblərini pərən-pərən saldı. Sona qədər Censon Battonla mübarizə apardı və sonda Censon ayağını qaz pedalından götürməli oldu – yoxsa hər ikisi divara çırpılardılar. Sonra ikinci və üçüncü döngələrdə isə rəqiblərini xarici trayektoriya ilə qabaqladı. Bu, gözəl qələbənin bünövrəsi idi.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 357
Teqlər , , , , , , , , ,
Paylaş

logo