L.Həmilton: Beşliyə düşə bilərik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, hazırda ən sürətli beşinci komandadır.

F-1.az xatırladır ki, britaniyalı sürücü ilk sessiyada ən sürətli ikinci nəticəni gpstərsə də, yağışlı ikinci sessiyada onluğa düşə bilməyib.

Lyuis Həmilton: “Səhər yaxşı olsa da, nahardan sonra pis keçdi. İlk iki yarışla oxşar vəziyyyətdəyik. Səhər yaxşı olsaq da, sonradan etdiyimiz dəyişikliklər işləmədi. Sessiyanın sonlarında yağış yağdı və sessiya yaxşı keçmədi.

Ancaq Red Bull-la mübarizə aparmaq mümkünsüzdür. Bacardığımız qədər yaxşı nəticə qazanmağa çalışacağıq. Məncə, beşliyə düşə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*