M.Ferstappen: Rikkardo üçün darıxmayacağıq, çünki…

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Daniel Rikkardo üçün darıxmayacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü gələn il peletonda olmayacaq. O, Red Bull komandasının ehtiyat pilotu kimi işləyəcək.

Maks Ferstappen: “Onun gələn il yarışmaması idman üçün itkidir. Lakin ehtiyat sürücü kimi bizimlə işləyəcək və onun üçün darıxmayacağıq.

O əsl dostdur. Çox gülür, amma əsas gülmək yox, göstərdiyi performansdır. Daniel keçmişdə gözəl performans göstərirdi. Ancaq Formula1-də son yarışınızla yadda qalırsınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*