M.Ferstappen: Gözəl qələbə idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mayamidə gözəl qələbə əldə edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 9-cu yerdən başlasa da, son dövrəlrədə pouldan start almış komanda yoldaşı Peresi keçərək, qələbəni bayram edib. O, yarışa fərqli strategiyada – Hard təkərlərdə başlayıb və 15-ci dövrədə 2-ci yerə yüksəlib.

Maks bu qələbə ilə Red Bull-daki 38-ci qalibiyyətini əldə edib və bu statistikada əfsanəvi Sebastyan Fettelə çatıb.

Maks Ferstappen: “Doğrudan da yaxşı yarış idi. Startda insidentlərdən qaçdım və daha sonra təmiz yarış çıxardım. Öndəki maşınları bir-bir keçdim. Sonra Hard təkərlərlə uzun dövrə atdım. Məncə, bu gün fərq yaradan da elə bu oldu. Yarışın sonunda Çeko ilə kiçik mübarizə apardıq. Hər şey çox təmiz oldu. Ən vacibi də budur. Ila qələbə əldə etdik.

Doqquzuncu yerdən başlayıb qalib gəlmək xüsusi haldır. Dünən problem yaşasaq da, sakit qaldıq və təmiz iş gördük. Doqquzuncu yerdən başlayıb, qalib gəlmək həmişə gözəl haldır.

Strategiya haqqında dünən danışdıq. Havanın necə olacağını bilməsək də, bunun yaxşı işləyəcəyini bilirdik. Hər şey qaydasında getdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*