T.Volff: “Ferstappenə yer tapmadıq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff 2014-cü ildə fürsətləri varkən nəyə görə Ferstappeni transfer etmədiklərini açıqlayıb.

F-1.az xatırladır ki, Maks Ferstappen Formula3-də mükəmməl performans göstərmiş və Red Bull-la Mercedes-in diqqətini cəlb etmişdi. Hollandiyalı sürücü Red Bull-un təklifini qəbul edərək, 2015-ci ildə Toro Rosso komandası ilə Formula1-də debüt etmişdi.

Toto Volff bildirib ki, əgər Ferstappeni transfer etsəydilər, ona lazımi marağı göstərməyəcəkdilər və bütün diqqətlərini müqaviləli sürücülərinə verəcəkdilər: “Sözün açığı, komandada onun üçün boş bir yer yox idi. Buna görə də inanıram ki, Red Bull Maks üçün doğru seçimdir. Bu qərarımıza görə heç vaxt peşman olmadıq. Komandada ona yer tapmağa çalışdım, amma Lyuis və Niko kimi sürücülərimiz olduğu halda və iki dəfə mühəndislər çempionatını qazandığımız dövrdə bunu etmək mümkün deyildi. Komandadakı cütü pozmamaq daha məntiqli idi və biz də bunu etdik.

Maks kartinq illərində də çox güclü idi. Daha sonra Formula3-də çempion olub, adını hamıya eşitdirdi. Amma onun əsl istedadını görmək üçün Formula1-dəki performansını görməli idik və o, burada da əla işlər görərək, özünü yenidən isbatladı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*