J.Alezi: Red Bull bəxtəvər idi

Sabiq Formula1 sürücüsü Jan Alezi düşünür ki, Red Bull İmolada tez sazlanma tapdığı üçün rahatlıqla qalib gəlib.

F-1.az xatırladır ki, Red Bull komandası İmola trasında həm sıralanma turunun, həm sprintin həm də əsas yarışın qalibi olub.

Jan Alezi: “İmoladakı sprint yarışı və çətin hava şəraitinə görə sazlanma tapmaq çətin idi. Red Bull-un bəxti gətirdi və doğru yolu tapdı. Əgər üç sərbəst yürüş olsa və həftəsonu normal keçsəydi, necə olardı bilmirəm.

Lekler yarışda Peresi keçməyə çalışdı və şikandan sürətli çıxaraq ona yaxın qalmaq istədi. Səhv edə bilər, amma o çempionluq uğrunda mübarizə aparır. İkinci yeri tutmaq üçün əlindən gələni etdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*