H.Marko: Qəzanı Yuki etsə, ortalıq qarışardı

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, mövsümün soon yarışı Əbu Dabidə qəzanı Latifi yox, Tsunoda etsəydi, ortalıq qarışardı.

F-1.az xatırladır ki, Əbu Dabi yarışının sonlarnda Latifi qəza etmiş və buna görə trasa təhlükəsizlik maşını daxil olmuşdu. TM rejimindən sonra Ferstappen rəqibi Həmiltonu keçərək, yarışı qazanmış və karyerasındakı ilk titulu bayram etmişdi.

Helmut Marko: “Təhlükəsizlik maşınına ehtiyacımız var idi. 47-ci dövrədə TM arzulayırdıq. Ancaq Təhlükəsizlik Maşını Alpha Tauri sürücülərinə görə yox, Mercedes komandasının üzvü Latifiyə görə çıxdı. Əgər bunun səbəbkarı Yuki olsaydı, ortalıq qarışardı. Bu, bizim üçün əsrin fürsəti oldu.

Əsl fürsət idi. Tez risk aldıq və Maksı pitə çağıraraq, onu Soft təkərlərə keçirdik. Daha sonra həyəcandan titrəyirdik. Bilmiridik ki, taktikamız işə yarayacaq ya da yarış yenidən başlayacaqmı? Daha sonra bizə dedilər ki, dövrəvi sürücülərə dövrələri geri qaytarılmayacaq, çünki trasda marşallar var idi.

Marşallar yerlərinə qayıdandan sonra Horner stüardlara dedi ki, Həmilton ilə Maks arasındakı dövrəvilərə dövrələrini geri qaytarın. Məncə, Masi də idmanın ruhuna uyğun qərar verdi. Bunun nəticəsində qazanan biz, uduzan isə Mercedes oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*