19 Noyabr 2019, Çərşənbə axşamı - 06:07

P.Lou: “Rosberqin getməsi bolidin bir detalının itməsi kimidir”

P.Lou: “Rosberqin getməsi bolidin bir detalının itməsi kimidir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:52 - 05 Dekabr, 2016

Mercedes komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Niko Rosberqin idmandan ayrılması komanda üçün yaxşı olmayıb.

F-1.az xatırladır ki, Rosberq 2006-cı ildə başladığı Formula1 karyerasını 2016-cı ildə bitirib. Rosberq 2010-cu ildə transfer olduğu Mercedes komandası ilə çox uğur qazanmış və bu il Dünya Çempionu olmuşdu.

Pəddi Lou: “Mühəndis kimi baxanda Nikonu itirmək bolidin bir hissəsini itirmək kimidir. Bunu necə düzəldə bilərsən? Növbəti həftələrdə bu mövzunun üzərində işləyib ən yaxşı qərarı vermək istəyirik. Çempion olmaq üçün xal qazanmalıyıq. Bunu etmək çox çətindir, çünki güclü rəqiblərimiz var. Bu mərhələdə Niko kimi sürücünü itirmək heç də yaxşı olmadı. Son üç mövsümdəki uğurlarımızı təkrarlamaq üçün mükəmməl bolidə və mükəmməl komandaya ehtiyacımız var. Eyni zamanda az səhv edən sürücülərə ehtiyacımız var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 775
Teqlər , ,
Paylaş

logo