K.Sayns: Yerimiz budur

Ferrari komandasının sürücüsü Karlos Sayns sprint yarışının nəticəsindən razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Montsadakı sprint yarışında 7-ci olsa da, Bottasın cəzasına görə yarışa 6-cı yerdən start verəcək. 27 yaşlı pilot sprint yarışından əvvəl ikinci sərbəst yürüşlərdə qəza etmiş və özünü də, bolidini də zədələmişdi.

Karlos Sayns: “Uşaqlar əla işlədilər. Heyif ki, ikinci sessiyada nə baş verdiyini bilmədim. Limitdə getməsəm də, bolidin idarəetməsini itirdim. Narahat oldum, çünki nə baş verdiyini bilmirəm. Uşaqlar maşını tez yığdılar. Sprint yarışında yer qazandıq və özümə olan inam artdı.

Böyük qəza idi. Zərbəyə görə bazar günü ağrılı oyanacam, amma yarışda adrenalinə görə heç nə hiss etmədim. Şükürlər olsun ki, boliddə ciddi problem olmadı. Buna görə narahat idim.

Yarışa yaxşı start vermədim, amma sonra yavaş-yavaş özümə gəldim. Qəzaya görə özümə olan inam itmişdi. Yaşxı yerdəyik və bilirik ki, tempimiz elə də yaxşı deyil. Öndəkilər sürətli, arxadakılar yavaşdırlar. Bizim yerimiz buradır. Yarışda əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*