X.Lorenso: “Formula1-də yarışmaq mümkün deyil”

MotoGP sürücüsü Xorxe Lorenso bildirib ki, 24 saatlıq Le Man marafonunda yarışmaq Formula1-də yarışmaqdan daha realdır.

F-1.az xatırladır ki, MotoGP üzrə 3 qat Dünya Çempionu Xorxe Lorenso Mercedes-in 2014-cü il bolidini test etmişdi.

Xorxe Lorenso: “MotoGP-dən sonrsa avtomobil seriyalarında yarışmaq istəyərəm. Üç il əvvəl Əbu Dabidə Ferrari 458-i test etmişdim. İndiyə qədər mindiyim ən yaxşı avtomobil idi.

Bir gün Le Manda 24 saatlıq yarışlarda iştirak etmək istəyərəm. Orada yarışmaq Formula1-dən daha realdır.

Formula1 bolidini sürmək gözəl təcrübə idi. MotoGP sürücüsü kimi yavaş da gedə bilməzdim. Düşünürəm ki, yaxşı nəticələr göstərdim. Məni təəccübləndirən döngələrdəki sürət idi. Amma boksa qayıdıb, telemetriya məlumatlarına baxanda Lyuis və Nikonun 30-40 km/saat sürətli olduğunu görmüşdüm. Bu təsiredicidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*