M.Ferstappen: Burada güclü olacağımızı bilirdim.

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Suzukaka güclü olacaqlarını bilirmiş.

F-1.az xatırladır ki, niderlandlı sürücü Sinqapurda uğursuzluq yaşadıqdan sonra Suzukada sıralanma turunda 1.28.877 zaman nəticəsi göstərərək, poul qazanıb. Beləliklə, o, Yaponiyada cümə günündən bəri hegemonluğunu davam etdirib.

Maks Ferstappen: “Əvvəlcə məni burada dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Burada hamı Formula1-i sevir və buna görə onlara təşəkkür edirəm. İndiyə kimi yaxşı həftəsonu oldu və sıralanma turunda limitdə sürmək çox gözəl idi.

Sinqaöurda pis həftəsonu keçirsək də, hazırlıqlardan anlamışdım ki, burada daha güclü olacağıq. Yenə də nə qədər güclü olacağınızı trasa çıxana qədər bilmirsiniz. Lakin bu həftəsonu ilk dövrədən etibarən hər şey yaxşı idi. Əlbəttə, xırda hadisələr ola bilər və bəzi yerlərdə özünüzü təkmilləşdirə bilərsiniz. Məncə, biz bunu edə bildik və poul qazandıq. Bu uğuru qazanmaq əladır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*