H.Marko: Çox pis oldu

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Azərbaycandakı nəticəyə görə məyusdur.

F-1.az xatırladır ki, Red Bull komandası Bakıda qələbə dubluna gedirdi, amma yarışın bitməsinə 4 dövrə qalmış Maks Ferstappenin arxa təkəri partlayıb və hollandiyalı sürücü mübarizəni dayandırıb. Yarışı isə “qırmızı öküzlər”in digər sürücüsü Serxio Peres qazanıb.

Maks Ferstappen yarışı qazansa, ikinci yerdəki Həmiltonla fərqi 14 xala qaldıracaqdı. Belə olan halda isə 4 xallıq fərq olduğu kimi qalıb.

Helmut Marko: “Yarış bizim nəzarətimizdə idi. Maks ardıcıl sürətli dövrələr vururdu. Təkərlərdə titrəmə ya da yüksək temperatur yox idi. Hər şey bir göz qırpımında baş verdi. Təkər partladı və qəza oldu. Allaha şükür yarış təzədən başladı. Serxio üçün narahat idik, çünki boliddə kiçik problemlər var idi. Yarışa davam etdikcə problemlər böyüdü. Amma yenə də yaxşı bitdi. Ferstappenin mübarizəni dayandırması pis oldu, çünki çempionatda fərqi artıra bilərdik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*