Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Niki Lauda mövsümün sonuncu yarışı Əbu Dabiyə gəlmək istəyir.
F-1.az xatırladır ki, Laudaya yayda ağciyər köçürülmüşdü və oktyabrda xəstəxanadan ayrılıb. Amma Marko dostunun yaxşı olmadığını deyib: “Niki ilə danışdım. Əbu Dabiyə gəlmək istəyir. Bunun üçün həkim gətirib. Hazırda Niki köməksiz addım ata bilmir. Qoltuqaltı dəyənəklərdən belə istifadə edə bilmir. Amma qarşısına hədəf qoyanda onu edir. 1976-cı ildə Nürburqrinqdə bədəni yanmışdı və ağrıdan ölürdü. Lakin 40 gündən sonra Montsada Ferrari ilə işləyirdi. 42 gündən sonra isə İtaliya yarışında 4-cü oldu. Bu idman tarixinin ən böyük geridönüşlərindən idi. Buna görə də Nikiyə güvənirəm”.