H.Marko: Peres titul haqqında düşünməyi dayandırmalıdır

Meksikalı sürücü ardıcıl ikinci həftəsonu sıralanma turunda uğursuz çıxış edib.

F-1.az xatırladır ki, Serxio Monakoda qəza edərək gerilərdən başlamaq məcburiyyətində qalmışdısa, dünən sadəcə 11-ci nəticəyə gücü çatıb. Artıq Monakoda Ferstappenlə kifayət qədər artan xal fərqinin bu dəfə də artacağı gözlənilir. Red Bull-un idman məsləhətçisinin fikrincə isə Çeko artıq titul barədə düşünməməlidir.

Helmut Marko: “Serxio üçün Monte Karlodakı yarışdan etibarən heç nə yaxşı getmir. O, titul qazanmağa yox, daha çox yarışlara diqqət etməlidir. Ümid edirəm ki, özünə gələr.

Həftəsonu boyu Serxio Maksdan bütün sessiyalarda daha yavaş oldu. Artıq ardıcıl ikinci həftəsonudur ki, o, problem yaşayır. Serxio çempionluq titulu arzusunda idi və buna inanırdı, lakin onun ayılma vaxtıdır. Əminəm ki, bunun öhdəsindən gələcək”.

Qeyd edək ki, bu gün Peresin 11-ci yerdən başlayacağı yarışda Ferstappen pouldan start alacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*