25 Avqust 2019, Bazar - 06:39

S.Abitebul: “Renault Vassyörün komandası deyil”

S.Abitebul: “Renault Vassyörün komandası deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

08:06 - 13 Yanvar, 2017

Renault Motorsport-un rəhbəri Siril Abitebul bu günlərdə istefa verən Frederik Vassyör barədə maraqlı açıqlamalar verib və yeni komanda rəhbəri gətirməyəcəklərini bildirib…

F-1.az xatırladır ki, Vassyör istefa verdkdən sonra bunun səbəbini komandadakı fikir ayrılıqlarının çox olması ilə əlaqələndirmişdi. Amma Abitebulun cavabı gecikməyib: “Həmişə liderlik etmək istəyən Frederik üçün bu iş çətin idi. Əgər şirkətin qurucusu və ya səhmdarı deyilsinizsə və burada işləyirsinizsə, qərar vermə müddəti fərqli olur. Bu – Renault komandasıdır. Frederik Vassyör və ya Siril Abitebulun komandası deyil. Buna görə də bir yerdə və yola gedərək işləyə bilmirdik”.

Abitebul bildirib ki, onlar elə struktur qurublar ki, komandada Vassyörün əvəzinə heç kim lazım olmayacaq: “Bildiyim qədərilə Frederikin yerinə heç kimi gətirməyəcəyik. Bu xəbərə görə zəifləmədik və ya şok yaşamadıq. Frederik ilə bu barədə uzun-uzun danışmışdıq.

Bir yerdə davam etməyə çalışsaq da, bunun işə yaramadığını gördük.

Əgər zəiflədiyimizi görsək və komanda rəhbəri olmadan gerilədiyimizi düşünsək, onda yeni bir rəhbər üçün axtarışlara başlayarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 886
Teqlər ,
Paylaş

logo