23 Avqust 2019, Cümə - 03:29

K.Sayns: “Bolidə yavaş-yavaş öyrəşirəm”

K.Sayns: “Bolidə yavaş-yavaş öyrəşirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

15:14 - 21 Oktyabr, 2017

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Renault R.S.17-yə öyrəşməyə başlayır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Amerika yarışından əvvəl Toro Rosso komandasından Renault-ya keçib. 23 yaşlı sürücü birinci sərbəst yürüşlərdə komanda yoldaşı Hülkenbeqi 0.7, ikinci sərbəst yürüşlərdə isə 0.007 saniyə qabaqlayıb.

Karlos Sayns: “İki komanda arasındakı fərq məndə sirr kimi qalsın. İki fərqli komanda, balans, fəlsəfə və boliddən danışırıq. Bu üstünlüyü özümdə və komandada tutmaq istəyirəm. Mən belə şeyləri mətbuat önündə danışmağı düzgün saymıram.

Özünüzü güc qurğusuna, qaz pedalına və sükana öyrəşdirməyə çalışırsınız. Hazırda kiçik addımlarla öyrəşirəm. Bu gündən razıyam. Daha çox dövrə vura bilsəm, hər şey daha yaxşı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 548
Teqlər , , ,
Paylaş

logo