F.Massa: Sayns Ferrari-yə uyğundur

Sabiq Formula1 sürücüsü Felipe Massa düşünür ki, Karlos Sayns Ferrari üçün ən düzgün sürücüdür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ferrari-yə bu mövsüm qoşulub və Monakoda komandasına builki ilk podiumunu qazandırıb.

Felipe Massa: “Sayns uğurları ilə məni təəccübləndirdi. Maks Ferstappenlə komanda yoldaşı olduğu illərdə də davamlı mübarizənin içində idi. Maks o vaxt gənc olsa da, yaxşı nəticələr alırdı. Buna baxmayaraq, Sayns mübarizə aparırdı.

Karlos Ferrari-yə uyğundur. Yaxşı nəticələr qazanmaq üçün üzərində işləməlidir. Bütün yarışçılar çempionluq xəyalı qurmalıdır. Əks halda uğur qazanmaq mümkün olmaz. O, gələcəyin çempionu sayılan Leklerlə komanda yoldaşıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*