K.Sayns pis bəxtini məğlub etmək istəyir

Karyerası ərzində çıxdığı hər iki Rusiya yarışından da xalsız ayrılmış Karlos Sayns uğursuz seriyanı bu mövsüm sonlandırmaq istəyir.

F-1.az xarırladır ki, ispaniyalı sürücü Bəhreyndə Stroll ilə insident yaşadığı üçün Rusiya yarışının startında 3 yer itirəcək.

Karlos Sayns: “Rusiya bəxtəvər olduğum traslardan deyil və burada vəziyyəti xeyrimə dəyişdirmək üçün əlimdən gələni etməliyəm. Startda 3 yer itirməyim işləri çətinləşdirsə də, bolidimiz güclüdür və vəziyyətdən üzüağ çıxa bilərik. Orta qrupda bütün komandalar bir-birilərinə yaxındırlar və buna görə də kiçik səhvlər hər şeyi məhv edə bilər. Ümid edirəm ki, qüsursuz həftəsonu keçirərək, gözəl xallar qazanarıq. Təkərlər və strategiya çox vacib olacaqar. Səhv etmək istəmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*