F.Massa sendviç rolunu oynamaqdan razıdır

Williams komandasının sürücüsü Felipe Massa sıralanma turunda Red Bull komandasının iki sürücüsünün arasına girərək 6-cı olduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, braziliyalı sürücü Rusiyada sıralanma turunda Maks Ferstappeni qabaqlaya bilib və 6-cı yeri tutub.

Felipe Massa: “Red Bull komandasının sürücülərini ayırmaq bizim üçün əla nəticədir. Son cəhdimdən əvvəl Rob Smedli mənə radiodan, – “iki Red Bull-u ayıra bilərsən,” – dedi. Mən də cəhd etdim və bunu bacardıq. Əvvəlki yarışlarda bizdən güclü olmuş komanda ilə mübarizə aparmaq əla xəbərdir. Yarışa təmiz tərəfdən başlamamaq işimizi çətinləşdirə bilər, görək nə olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*