Rusiya-2020: Həftəsonuna ilkin hava proqnozu

Ilkin proqnozlar Soçidə günəşli həftəsonu vəd edir. Lakin yağış yağacağı da istisna olunmur.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın bir qədər buludlu olacağı, az da olsa, yağış yağacağı və temperaturun +24 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Şənbə günü üçün olan proqnozlar da eynidir, yeganə fərq +25 dərəcə istiliyin gözlənilməsindədir. Yarışın baş tutacağı bazar günü isə hava günəşli, temperatur +26 dərəcə olacaq. Yağıntı proqnozlaşdırılmır.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*