C.Rassell anlaya bilmir

Mercedes komandasının sürücüsü Corc Rassell hələ də anlamır ki, Mercedes niyə yarışda niyə daha sürətlidir.

F-1.az xatırladır ki, Mercedes sıralanma turunda Ferrari və Red Bull-a uduzsa da, yarışda daha yaxşı performans göstərirlər.

Corc Rassell: “Bu, böyük sual işarəsidir. 15 yarışdan sonra hələ də bunu anlamağa çalışırıq. Təkəri gec qızdırırıq və bu da sıralanma turunda bizə maneçilik törədir. Təkərləri tez qızdıran orta sıra komandaları trasa çıxarkən daha yavaş gedirlər və təkərə daha az zərər verirlər. Beləliklə, vahid dövrədə daha güclü olurlar.

Biz isə ideal temperatura çatmaq üçün çıxış dövrəmizdə sürətli olmalıyıq. Bu da təkərlərə zərər vurur. Buna görə də sıralanma turunda geridə qalırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*