MotoGP əfsanələri Alonso barədə nə düşünürlər?

MotoGP seriyasının əfsanələri Valentino Rossi ilə Mark Markes Formula1 sürücüsü Alonsonun İndy500 yarışındakı iştirakı barədə danışıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monako yarışından imtina edərək, İndy500 yarışında debütü seçib.

Amma Valentino Rossi də fərqli seriyalarda yarışıb. İtaliyalı sürücü daha əvvəl Ferrari-nin F1 bolidi ilə testlərdə iştirak etmiş və 2013-cü ildə NASCAR-da yarışmışdı.

Valentino Rossi: “Bu, sürpriz oldu. Çünki Alonsonun Monakoda yarışmaması qəribədir. Amma deyəsən F1-dəki bolidi ilə bağlı problem yaşayır. Başqa şeylər sınamaq istəyir. Alonsonun İndy500-dəki performansı mənə maraqlıdır. Çünki ora başqa dünyadır və oval trasda yarışırsınız. Bunu NASCAR-da sınamışam və qəribə idi. Amma çox fərqli olduğunu anlayırsınız. Bizi mükəmməl mübarizə gözləyir”.

Mark Markes: “Qərarı anlamaq çətin idi, çünki Monako McLaren üçün ən yaxşı traslardandır. İndy500-ü kənardan başa düşmək çox çətindir. Orada bəxtin gətirməlidir. Amma Alonsonun istedadı onu həmin yarışın ən böyük favoritlərindən edir.

Alonso çox güclü sürücüdür. İndy500 yarışında da sürətli olacağını düşünürəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*