Mercedes W14-ün ilk detallarını nümayiş etdirib

Fevralın 15-də Silverstounda keçirilməsi planlaşdırılan təqdimata dörd həftədən bir qədər çox vaxt qalıb, lakin komanda artıq ona marağı artırmağa başlayıb.

F-1.az xəbər verir ki, bazar ertəsi Mercedes-in mətbuat xidməti bazadan yeni maşının müxtəlif detallarını əks etdirən bir neçə foto dərc edib.

Əlbəttə ki, bu cür şəkillər yeni maşının necə görünəcəyi barədə heç bir fikir yaratmıt və ümumiyyətlə o şəkillərdə hansı hissələrin göstərildiyini başa düşmək çətindir, amma yenə də, bunlar W14-ün ictimaiyyətə təqdim edilən ilk görüntüləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*