18 Noyabr 2019, Bazar ertəsi - 18:41

T.Volff və N.Lauda daha 3 il bir yerdə çalışacaqlar

T.Volff və N.Lauda daha 3 il bir yerdə çalışacaqlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:35 - 20 Fevral, 2017

Mercedes Motorsport-un başçısı Toto Volff və komandanın qeyri-icraçı direktoru Niki Lauda komanda ilə müqavilələrini 2020-ci ilin sonuna qədər uzadıblar – məhz 2020-ci ilin sonunda komandanın FOM-la Razılıq kommersiya müqaviləsinin müddəti də bitir.

F-1.az xatırladır ki, Niki Lauda komandada 2012-ci ilin sonundan çalışır. Niki 2013-cü ildə komandanın səhmlərinin 10%-ni əldə edərək qeyri-icraçı direktor vəzifəsini icra etməyə balamışdı. Toto Volff isə komandaya Williams-dan 2013-cü ilin fevralında keçmişdi və səhmlərin 30%-ni almışdı. Komandanın səhmlərinin yerdə qalan 60%-i əvvəlkitək Daimler AG konserninə məxsusdur…

Diter Tsetşe: “Mən Toto Volffun və Niki Laudanın müqavilələrinin uzadılmasına çox şadam. 2013-cü ildə biz komandanın idarəetmə strukturunu yenidən qurduq ki, onun effektliyini artıraq, amma nəticələr bizim gözləntilərdən də yaxşı alındı. Bu uğurun həlledici faktoru Totonun sahibkar istedadı ilə Nikinin təcrübəsinin sintezi oldu. Onların müqavilələrini uzatmaqla, biz qarşıdakı 4 mövsümdə stabillik əldə etmiş olduq”.

Niki Lauda: “Son illər mənim Formula1 karyeramda ən xoş illərə çevrilib. Biz Toto ilə birlikdə Mercedes-lə ideal əməkdaşlıq edirik, komanda isə bütün səviyyələrdə əla işləyir və uğur qazanır. Mən Diterə və Daimler AG konserninin direktorlar şurasının digər üzvlərinə təşəkkür etmək istəyirəm ki, onlar əvvəlki kimi bizə etibar edirlər”.

Toto Volff: “Qələbələr heç bir zaman bir adamın nailiyyəti olmur – onlar bir çox faktorlardan asılı olurlar, yəni siz ümumi məqsədi olan və ona çatmaq imkanı olan düzgün insanlar qrupu seçmisinizsə, qələbə özünü çox gözlətməyəcək. Hər gün bazaya gələrkən mən hiss edirəm ki, belə bir kollektivi təmsil etmək böyük şərəfdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 265
Teqlər , , , , ,
Paylaş

logo