L.Həmilton özünə məqsəd qoymayıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sprint yarışından əvvəl gələn cərimə ona pis təsir edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda ən sürətli olsa da, DRS sistemi qaydalara uyğun olmadığı üçün peletonun sonuna göndərilib.

Buna baxmayaraq, yeddiqat Dünya Çempionu əbəs yerə bu titullara yiyələnmədiyini göstərib və sprint yarışını 5-ci yerdə bitirib. Lakin yeni daxiliyanma mühərriyinə keçdiyi üçün yarışa 10-cu yerdən start verəcək.

Lyuis Həmilton: “Çox çətin idi. Komanda stüardlarla işləyərkən, mən mühəndislərin əhvallarını yüksək tutmağa çalışırdım. Öz işimə fokuslandım və bu barədə düşündim.

Düzünü desəm, neçənci olacağım barədə heç nə bilmirdim. Özümə məqsəd qoymadım. Düşünürdüm ki, 10-cu olaram. Öz-özümə dedim ki, bacardığımız qədər yüksəlməliyik. Daha sonra ötmələr etməyə başladım. Yanacaq üçün də fərqli şeylər sınadım. Təslim ola bilmərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*