V.Bottas özünə güvənir

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, daha yaxşı nəticələr göstərə bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstraliya QP-nin birinci sessiyasında 2-ci, ikinci sessiyasında isə 3-cü yeri tutub. 27 yaşlı sürücü hər iki sessiyada da Həmiltondan 0.5 saniyə geridə qalıb.

Valtteri Bottas: “Barselona testlərindən sonra yenidən trasa çıxmaq gözəl idi. Ümumilikdə yaxşı gün keçirdim. Balans cəhətdən hələ də qüsursuz deyilik. Bu gecə bunun üzərində işləyəcəyik və sabahkı sərbəst yürüşlərdə daha sürətli olmağı gözləyirəm. Bilirəm ki, daha sürətli gedə bilərəm və bu, mənə özgüvən qazandırır. Sıralanma turu və yarışda Lyuisə daha yaxın olacam. Ferrari sürücüləri də sürətlidirlər. Buna görə də yaxın dərəcələr görə bilərik.

Seçilən təkər tərkibləri doğrudur. Hamı var qüvvəsi ilə sürə bildi. Tras təmizləndikcə nəticələr də yaxşılaşacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*