L.Həmilton: İnanılmaz nəticədir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton düşünür ki, Sədiyyə Ərəbistanı yarışı yaxın keçəcək.

F-1.az xatırladır ki, Maks Ferstappen son cəhdində sürətli dövrə ilə gedərkən bolidin idarə etməsini itirib və bariyerlərə çırpılıb. Beləliklə, Həmilton növbəti poulunu qazanıb.

Lyuis Həmilton: “Çətin sessiya idi. Bu tras çox çətindir. Texniki və hərtərəfli trasdır. Trasın quruluşu inanılmazıdr. Çox sürətlidir.

Sərbəst yürüşlərdə sürətıi idik, amma üçüncü sərbəst yürüşlərdə və sıralanma turunda tempimiz zəif idi. Təkərlərlə bağlı problem yaşadıq. Buna baxmayaraq, dubl etdik. Valtteriyə, bütün qadın və kişi işçilərlə qürur duyuram. Çox yaxşı nəticədir.

Komanda olaraq yaxşı işlədik. Valtteri ilə yaxşı köməkləşdik. O, mənim ən yaxşı komanda yoldaşımdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*