Ş.Lekler: Hədəf ilk iki yeri tutmaqdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sabahkı yarışda əsas hədəfləri yarışı ilk iki yerdə bitirmək olacaq.

F-1.az xatırladır ki, Ferrari ev trası olan Montsada birinci sərbəst yürüşlərdən etibarən sürətli olub və İtaliyada gözlənildiyi kimi “qırmızılar” poul uğrunda mübarizə aparıblar.

Karlos Sayns komandasına poul qazandırdığı halda, Şarl Lekler üçüncü yeri tutub.

Monakolu sürücü məyus olsa da, tiffoziyə görə çox sevinclidir.

Şarl Lekler: “Tiffoziyə görə çox sevinirəm. Təbii ki, özümə görə məyusam. Sözün açığı, birinci yeri tutmaq istəyirdim, ancaq Karlosun birinci olmağını görmək Ferrari üçün gözəl xəbərdir.

Bütün həftəsonu ərzində əla iş gördü. Mən ona nisbətən daha çox çətinlik çəkdim. Birinci, ikinci və üçüncü sərbəst yürüşlərdə çətinlik çəkəndən sonra sıralanma turunda hər şeyi bir araya gətirdim. Buna görə də sevincliyəm.

Ancaü heyif ki, üçüncü sessiyada hava kisəsi tapa bilmədim. Buna görə ən az 1 yer itirməli oldum, amma həyat belədir. Xüsusən də, mənə görə çox xoşbəxt olmalıyıq, çünki çox çətinlik çəkirdim.

Üçüncü yeri tutanda elə də çox gülümsəmirəm. Ancaq burada olmaq və belə dəstək almaq çox gözəl hissdir. Yarışda əsas hədəfimiz Karlos ilə 1 və 2-ci yerləri tutmaqdır. Əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Şarl Lekler 2019-cu ildə Montsada qələbə qazanaraq, Ferrari-yə doğma evində qələbə gətirən son sürücü olub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*