24 Yanvar 2019, Cümə axşamı - 08:49

FİA-nın əməkdaşı Ferrari-yə keçib

FİA-nın əməkdaşı Ferrari-yə keçib

Müəllif: Rauf Hacıyev, redaktor

18:07 - 14 Mart, 2018

FİA-nın yarış direktoru köməkçisi Loran Mekis gözlənilmədən postundan istefa verib.

F-1.az Ferrari-nin mətbuat katibinə istinadən xəbər verir ki, Mekis sentyabr ayından Mattia Binottanın köməkçisi olacaq.

FİA bu barədə belə açıqlama verib: “Mekis iyunun sonuna qədər təhlükəsizlik bölməsinin direktoru olacaq. Ancaq Formula1-in idman direktoru köməkçisi vəzifəsindən istefa verəcək”.

Mekis 2014-cü ildən FİA-nın bütün təhlükəsizlik işlərində iştirak etmişdi. 2017-ci ildə isə Çarli Uaytinqin köməkçisi təyin edilmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 296
Teqlər , ,
Paylaş

logo