L.Həmilton böyük dəyişiklik edib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, cümə sərbəst yürüşlərindən sonra sazlanmalara etdikləri dəyişikliklər onlara qələbə gətirib.

F-1.az xatırlaıdr ki, Mercedes komandası cümə sərbəst yürüşlərindən sonra zəif təsir bağışlasa da, şənbə günü poul qazanmış və daha sonra yarışda qalib gəlmişdi.

Lyuis Həmilton: “Cümədən şənbəyə böyük dəyişikliklər etdim, çünki bolid rahat deyildi. Birinci sərbəst yürüşlərdən sonra dəyişiklik etmək çətin olur. Çünki trasın normal şəraitə düşməsini gözləyirsiniz. Böyük dəyişiklik etsək də, ikinci sərbəst yürüşlərdə bunun doğru olmadığını gördük. Üçüncü sərbəst yürüşlərdə də maşın mükəmməl deyildi. Sonra isə yağış yağdı. Sıralanma turundan sonra dəyişiklik edə bilmədim. Ən yaxşı sürüş tərzimlə bazar gününə hazırlaşdım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*