L.Norris Formula3-də çempion olub

Avropa Formula3 seriyasının onuncu və son mərhələsi Almaniyada Hokkenhaym trasında baş tutub.

F-1.az xəbər verir ki, Calvin komandasının tərkibində yarışan və McLaren-in gənc sürücülər proqramının üzvü olan Lando Norris titulunu rəsmiləşdirib. Çempionata inamla liderlik edən britaniyalı finiş xəttini ikinci keçib və qazandığı xallar titulunu vaxtından əvvəl rəsmiləşdirməsi üçün kifayət edib.

Landonu ilk təbrik edənlər arasında McLaren-in rəhbərliyi də olub.

, ,