16 Dekabr 2019, Bazar ertəsi - 12:49

Formula1 pilotlarının sahib olduğu super maşınlar…

Formula1 pilotlarının sahib olduğu super maşınlar…

Müəllif: Elçin Zodorov, redaktor

10:22 - 14 Sentyabr, 2016

Bildiyiniz kimi, Formula1 pilotlarının idarə etdiyi yeganə maşınlar Formula1 bolidləri deyil. Onlar sürəti yarış traslarından kənarda da sevirlər.

Bu insanlar uşaqlıqlarından etibarən trasların tozunu udmağa başlayır, ən intensiv proqramlara cəlb edilir və dünyanın ən yaxşıları arasından seçilərək Formula1-də yarışmaq haqqı qazanırlar. Əsl mübarizə də bundan sonra başlayır. Yarışlardakı ölüm təhlükəsi, məruz qaldıqları G qüvvəti və hər bir yarışda itirilən 1-1,5 kq çəki… Elə bunlar? Xeyr. Trasdan kənarda da olduqca əziyyətli və çətin proqramlardan keçirlər. Fitnes məşqləri, az karbohidratlı diet proqramı, mövsümboyu yarışlara getmək üçün qət edilən məsafə və s. Yəni, onların çox da sərbəst həyatları yoxdur. Amma bu çətinliyin onlara qazandırdığı çox şey var. Məşhurluq, cəmiyyət arasında hörmət və təbii ki, böyük miqdarda pullar.

Bu da onlara istədikləri hər bir şeyi əldə etməyə imkan yaradır. Bəziləri yaxta, təyyarə alarkən əksəriyyəti lüks oyuncaqlara – bahalı avtomobillərə pul xərcləyir.

F-1.az bəzi sürücülərin hansı avtomobil və ya avtomobillərə sahib olduğunu təqdim edir.

 

Lyuis Həmilton

Hamiltons Pagani
Lyuis Həmilton – Pagani Zonda 760LH

Üçqat dünya çempionu olan və hazırda ən çox maaş alan britaniyalı sürücünün Monakodakı evinin qarajında Mercedes-Benz SL65 Black Series, Mercedes-Benz SLS AMG Black Series və McLaren P1 avtomobilləri var. Pagani Zonda 760 LH kimi bir “yırtıcı”-ya sahib olan Lyuis onunla Monakoda qəzaya uğramış və maşın ciddi xəsarət almışdı. O gündən sonra həmin maşının aqibətinin necə olduğu məlum deyil.

Lyuisin avtomobil kolleksiyası bununla məhdudlaşmır. Onun Beverli Hildəki evinin qarajında keçən ilin fevralında aldığı Ferrari LaFerrari və Porsche 911 Turbo S var.

Kimi Rəykkönen

Kimi - Alfa Romeo
Kimi Rəykkönen – Alfa Romeo Giulia

Bir vaxtlar möhtəşəm Ferrari Enzo avtomobilinin sahibi olan finlandiyalı Lotus komandasının tərkibində Formula1-ə qayıtdığı ərəfədə onu satmışdı. Rəykkönen Shell firmasının təşkil etdiyi bir tədbirdə heç bir bahalı idman avtomobili idarə etmədiyini, sadəcə Alfa Romeo Giulia-ya sahib olduğunu bildirmişdi.

Censon Batton

jenson-button-mclaren-p1
Censon Batton – McLaren P1

2009-cu ilin dünya çempionu ən çox maşına sahib olan sürücülərdən biridir. Belə ki, onun qarajında Nissan GT-R, 1956-cı ilin Volkswagen Campervan, Honda S600, Mercedes-Benz C63 AMG və Enzo da daxil olmaqla, bir neçə Ferrari modeli var. Əvvəllər Bugatti Veyrona da sahib olan britaniyalı sürücü Enzonu satmağı planlaşdırır. O, son zamanlar daha çox mükəmməl rəng kombinasiyasına sahib olan McLaren P1 ilə görünür. Batton bir müddət əvvəl Ferrari F40-in şəklini də paylaşmışdı…

Sebastyan Fettel

vettels-f40
Sebastyan Fettelin sahibi olduğu Ferrari F40

Red Bull-da çıxış etdiyi dövrlərdə komandanın sponsoru İnfiniti-nin modellərindən istifadə edən Fettelin hələ o vaxtlar da Ferrari 430 Scuderia və Ferrari California kimi maşınları var idi. Onun sahib olduğu ən xüsusi maşın isə, şübhəsiz ki, bir vaxtlar Luçano Pavarottiyə aid olan Ferrari F40-dır. 2009-cu ildə keçirilən ilk Əbu-Dabi Qran Prisinin qalibi olduğu üçün ona Mercedes-Benz S65 Black Series hədiyyə edilmişdi.

Felipe Massa

laferrari
Felipe Massanın sahibi olduğu Ferrari LaFerrari

Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan təcrübəli braziliyalı sürücü Ferrari-dən ayrıldıqdan sonra Williams-a keçməsinə baxmayaraq, Ferrari-nin yol maşınlarına olan marağını itirməyib. Massanın Monakodakı evinin qarajında Ferrari LaFerrari və Ferrari F40 var.

Daniel Rikkardo Red Bull və Aston Martin-in yaxın olmaları ilə əlaqədar, getdiyi ölkələrdə Aston Martinin onun üçün ayırdığı avtomobillərdən istifadə edir. Onun komanda yoldaşı Maks Ferstappen isə bir müddət əvvəl Porsche 911 GT3 RS modelini alıb. Eyni modelə sahib olan bir başqa sürücü idə Niko Hülkenberqdir. Belə ki, 2015-ci ildə 24 saatlıq Le Man yarışının qalibi olan Nikoya Porsche tərəfindən mükafatlandırılmışdı. Gələn il McLaren-də mübarizə aparacaq Stoffel Vandorn isə McLaren 570S-dən istifadə edir.


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 2. 915
Teqlər , , , ,
Paylaş

logo