M.Binotto komandasına güvənmir

Ferrari komandasının rəhbəri Mattia Binotto bu həftəsonu keçiriləcək Britaniya Qran Prisindən yüksək nəticə gözləmir.

F-1.az xatırladır ki, “qırmızılar” bu il üç dəfə poul qazansalar da, qələbə üzünə həsrət qalıblar.

Mattia Binotto: “Silverstoun trasının bolidimizə uyğun olmadığını düşünürəm. Lakin bütün yarışlarda gözlənilməz hadisələr ola bilər. Bolidimizi təkmilləşdiririk. Britaniyaya aerodinamik dəyişikliklərlə gedirik”.

Qeyd edək ki, Ferrari hazırda Mühəndislər Kubokunda lider Mercedes-dən 135 xal geridə ikinci yerdədir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*