K.Sayns: Start əla idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Braziliyadakı sprint yarışının son dövrələrində təkərlərlə bağlı problem yaşayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sprint yarışına 5-ci yerdən başlasa da, mükəmməl startla ikinci yerə yüksəlib. Daha sonra Ferstappenin hücumlarına tab gətirə bilməyən 27 yaşlı pilot, üçüncü yerə geriləyib və sona qədər Serxio Peresə qarşı müdafiə olunub.

Karlos Sayns: “Çox yaxşı start aldım. Buna ehtiyacım var idi, çünki mövsümün ikinci yarısında startlarımı yaxçılaşdırmaq istəyirdim. Bu gün belə start almaq özümə olan inamı artırdı. İlk üç döngədə hücum etməyə çalışdım və qazanmaq istədim. Çeko və Maksı geridə qoydum. Daha sonra Soft təkərlə prolem yaşasaq da, Çekonu arxada saxlaya bildik.

İlk döngəyə gələndə həmişə limitdə idik. Bəzən müdafiə olunurdum, bəzən də xarici trayektoriyada qalırdım. Lakin tempimiz yaxşı idi. təkərləri qoruduq və yarışı bitirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*